5446
22:07
02 Sentyabr 2020

AzTV-nin əməkdaşı yol qəzasında ölüb - FOTO - YENİLƏNİB

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı bu gün yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

APA xəbər verir ki, bu barədə televiziyanın sosial şəbəkədə paylaşdığı xəbərdə bildirilib.

Qeyd edilib ki, operator Məmmədov Sərxan Məhəmməd oğlu yolu keçərkən onu avtomobil vurub: "Əməkdaşımızı xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!".

***

18:35

Bakıda piyadanı avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə Parlament prospektində baş verib.

“Hyundai İX 35” markalı avtomobil şəxsiyyəti hələlik məlum olmayan piyadanı vurub.

Nəticədə piyada ağır xəsarətlər alıb. Qəza yerinə çağırılan təcili tibbi yardım avtomobili onu xəstəxanaya aparıb.

Hadisə yerinə yol polisləri də gəlib, araşdırma aparılır.