10:15
02 Sentyabr 2020

Millimizin rəqibləri bilinir

Bu gün futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Bakı vaxtı ilə 15:15-də start götürəcək püşkatma zamanı Azərbaycan millisi A səbətində yer alacaq. Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcək. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək.

A səbəti: İspaniya, Portuqaliya (son qalib), Rusiya, Qazaxıstan, Serbiya, AZƏRBAYCAN, Xorvatiya, İtaliya
B səbəti: Ukrayna, Çexiya, Sloveniya, Rumıniya, Macarıstan, Fransa, Finlandiya, Slovakiya
C səbəti: Belarus, Bosniya və Herseqovina, Polşa, Belçika, Gürcüstan, Latviya, Moldova, Albaniya
D səbəti: Norveç
E səbəti: Türkiyə/Yunanıstan, San Marino/Danimarka, İsrail/Kipr, İsveçrə/Almaniya, İngiltərə/Şimali Makedoniya, Bolqarıstan/Ermənistan, Monteneqro/Litva

Oyun günləri
2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)
6-9 dekabr 2020
25 yanvar-3 fevral 2021
1-10 mart 2021
5-14 aprel 2021

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.

Dİgər xəbərlər