Türməyə diş məcununun içərisində heroin keçirmək istədi
02 sentyabr 2020 09:29 (UTC +04:00)

Türməyə diş məcununun içərisində heroin keçirmək istədi

Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə əsasən təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həsənov Hümmət İskəndər oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Şəki şəhər sakini Həsənov Bayram İskəndər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan iki ədəd diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd sellofan bükülüdə 3,094 qram heroin,1,848 qram tiryək və 0,245 qram metanfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1991

Oxşar yazılar