Braziliyada bir gündə 42,7 minədək insanda koronavirus aşkarlandı
02 sentyabr 2020 07:55 (UTC +04:00)

Braziliyada bir gündə 42,7 minədək insanda koronavirus aşkarlandı

 

Braziliyada son sutka ərzində daha 42 659 nəfərin koronavirus infeksiyasına yoluxması, 1215 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 3 950 931 nəfər yoluxub. Bu müddət ərzində 122 596 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 159 096 xəstə müalicə olunaraq sağalıb.

# 1339
avatar

Oxşar yazılar