1606
16:37
01 Sentyabr 2020

Reanimasiyadakı koronavirus xəstələrinin SAYI


Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2065-dir.

TƏBİB-dən APA -ya verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 137, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 12-dir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA -ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, aktiv xəstə sayı 2 065 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, ötən müddət ərzində isə ümumilikdə 928 666 test aparılıb.