"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn 2 ədəd "DAF" və "Mercedes Benz Actros" markalı yük nəqliyyat vasitələrinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan xəbərə görə, yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 1020 ədəd pəhriz çayı, 45 ədəd kosmetik vasitə, 14 ədəd müxtəlif adda yağ, həmçinin 400 ədəd "Marlboro" markalı siqaret və 14 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.