Daha bir aparıcı "Xəzər TV"dən ayrıldı - FOTO
01 sentyabr 2020 12:47 (UTC +04:00)

Daha bir aparıcı "Xəzər TV"dən ayrıldı - FOTO

Daha bir aparıcı "Xəzər TV"dən ayrılıb.

Lent.az-ın məlumatına görə, aparıcı Aqşin Kamal sosial şəbəkədə kanalla yollarını ayırdığını qeyd edib: "2012-ci ilin yayından bu kanala gəldim və bu gün öz istəyimlə də ayrıldım. Televiziyanın rəhbəri Murad Dadaşova qərarımı açıqlayanda, özünün də dediyi kimi, mənə böyük qardaş münasibəti sərgilədi. Hətta "Xəzər TV"də qalıb çalışmağıma təkid etdi və fəaliyyətimi çox yüksək qiymətləndirdi. Murad müəllim, bu jestə görə təşəkkür edirəm.

Hələ tələbəlik illərindən başlayan 19 illik jurnalıstika fəaliyyətim dövründə müxtəlif televiziyalarda müxbir, aparıcı, redaktor, şöbə müdiri, sözçü kimi çalışmışam. Bu illər ərzində məni öyrədən və dəstək olan hər kəsdən Allah razı olsun. Haqqınızı halal edin. İnşallah, yaxın günlərdə tamam fərqli və yeni bir sahədə işləməyə başlayacağam".

Qeyd edək ki, buna qədər Zaur Kamal, Tarix Əliyev (Tolik), Aytəkin Mərdanova bu kanaldan ayrılıblar. 

# 15910
avatar

Yalçın UĞUR

Oxşar yazılar