Xalq artisti xəstəxanaya yerləşdirildi
01 sentyabr 2020 11:11 (UTC +04:00)

Xalq artisti xəstəxanaya yerləşdirildi

Bir neçə gün əvvəl səhhətində problem yaranan Xalq artisti Əbdül Mahmudov xəstəxanaya yerləşdirilib.

Lent.az-la söhbətində aktyor mədə-bağırsaq ağrılarından və nəfəs yollarının soyuqlamasından əziyyət çəkdiyini deyib.

Aktyor dünən axşam saatlarında  Respublika Müalicəvi Diaqnostika Tibb Mərkəzinə yerləşdirilib: “Dünəndən qan analizlərim götürülüb, sistem qoşulub. Gözləyirəm ki, analizlərin cavabı bilinsin, diaqnoz qoyulsun, müalicəni çıxıb ev şəraitində alaram, çünki burda çox darıxıram”.

Xatırladaq ki, aktyorun müalicəsi dövlətin nəzarətindədir.  

# 4627
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar