10:41
31 Avqust 2020

Türkiyədə yeni dərs ili başladı

Türkiyədə 2020-2021 tədris ilinə başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin təhsil naziri Ziya Səlcuq Ankaradakı Muazzez Karaçay ibtidai məktəbində yeni dərs ilinin ilk zəngini simvolik olaraq çalıb.

Nazir bildirib ki, sentyabrın 18-dək dərslər distant şəkildə davam edəcək.

Sentyabrın 21-də məktəblərin açılması üçün hazırlıqla əlaqədar müəyyənləşdirilmiş siniflərdə xüsusi hazırlanmış proqramlarla dərslər keçiləcək.

Daha sonra Türkiyə Səhiyyə Nazirliyi nəzdində yaradılmış Elm Qurumunun tövsiyəsinə uyğun olaraq məktəblərin açılması gözlənilir.

Dİgər xəbərlər