19:56
29 Avqust 2020

"Lids" tarixində ən bahalı transfer

İngiltərənin "Lids" klubu "Valensiya"nın hücumçusu Rodriqonu heyətinə qatıb.

Apasport.az xəbər verir ki, Premyer Liqanın debütantı bu transferi rəsmi saytı vasitəsilə bəyan edib.

29 yaşlı forvard yeni komandası ilə 4 illik müqavilə imzalayıb. O, "Lids" tarixinin ən bahalı transferi olub. İngilislər bu keçid müqabilində "yarasalar"a 30 milyon avro ödəyib. Oyunçunun çıxışına əsasən "Valensiya" daha 10 milyon avro bonus əldə edə bilər.

Qeyd edək ki, Marselo Byelsanın çalışdırdığı "Lids" 16 ildən sonra Premyer Liqaya qayıdıb.

Dİgər xəbərlər