12:02
28 Avqust 2020

"Bandotdel" Xırdalanda əməliyyat keçirdi: Evin həyətindən...

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Xırdalan şəhəri ərazisində əməliyyat-axtarış tədbiri keçiriblər.

DİN mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, nəticədə orada yaşayan V.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və 2 kiloqram 430 qram marixuana aşkar edilərək götürülüb.

Dİgər xəbərlər