FHN: Küləkli hava yanğınsöndürmə işlərini çətinləşdirir - YENİLƏNİB
27 avqust 2020 14:42 (UTC +04:00)

FHN: Küləkli hava yanğınsöndürmə işlərini çətinləşdirir - YENİLƏNİB

Fövqəladə Hallar Naziriyinin "112" qaynar telefon xəttinə Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır. Yanğının meşəyə keçmə təhlükəsi yarandığından, Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ounub. Küləkli hava şəraiti və yanğının mürəkkəb relyefli yüksək dağ massivində olması yanğınsöndürmə işlərini çətinləşdirir. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

***

13:57

Xızı rayonunun Dizəvər kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə işlərinə cəlb edilib.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

# 2188
avatar

Oxşar yazılar