Azərbaycan və Rusiya xarici işlər nazirləri görüşdü - YENİLƏNİB
26 avqust 2020 14:46 (UTC +04:00)

Azərbaycan və Rusiya xarici işlər nazirləri görüşdü - YENİLƏNİB

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başa çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Nazirlər danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı keçirib. 

***

13:15

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş təkbətək formatda başlayıb.

Danışıqların yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcək. 

***

12.44

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində təkbətək formatda başlayan görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

Görüşün yalnız protokol hissəsi mətbuata açıq olub.

Danışıqların yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcək. 

# 2065
avatar

Oxşar yazılar