Yanan mənzildən 1 nəfər yataq xəstəsi xilas edildi
26 avqust 2020 09:44 (UTC +04:00)

Yanan mənzildən 1 nəfər yataq xəstəsi xilas edildi

Füzulidə mənzildə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Horadiz şəhərində ümumi sahəsi 142 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər (yataq xəstəsi) yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1123
avatar

Oxşar yazılar