1036
15:02
25 Avqust 2020

Beş ildə evlənmək istəyən 675 nəfərdə QİÇS aşkarlanıb

Bu ilin ötən müddətində nikaha daxil olmazdan əvvəl keçirilən müayinələrin sayı 5438 olub.

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Lent.az -a verilən məlumata görə, müayinələr nəticəsində 167 nəfərdə talassemiya daşıyıcılığı, 32 nəfərdə sifilis, 9 nəfərdə QİÇS daşıyıcılığı aşkarlanıb.

Hər iksiində daşıyıcılıq olan bir cütlük qeydə alınıb.

Qeyd edək ki, nikahdan əvvəl müayinələrin aparılmasına 2015-ci ildən başlanılıb.

5 il ərzində ümumillikdə 679308 müayinə aparılıb. 23 min 283 nəfərdə talassemiya, 2364-də sifilis, 675-də QİÇS aşkarlanıb. 2015-ci ildən indiyə kimi 252 cütlüyün hər ikisində daşıyıcılıq olub.