799
13:28
25 Avqust 2020

Azərbaycanda ötən il məhkum edilən uşaqların sayı AÇIQLANDI

Azərbaycanda 2019-cu ildə məhkum olunan şəxslərin sayı açıqlanıb.

APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu il ərzində məhkəmə qərarları ilə 12 945 nəfər məhkum edilib.

Onlardan 6002 nəfəri barəsində azadlıqdan məhrumetmə qərarı çıxarılıb.

Məhkumlardan 12 374 nəfəri kişi, 571 nəfəri qadındır.

14-17 yaş arasından olan məhkumların sayı isə 288 olub.