28 dəfə ölüb dirildi...
24 avqust 2010 11:52 (UTC +04:00)

28 dəfə ölüb dirildi...

Belə ki, əməliyyat zamanı xəstənin ürəyi 28 dəfə dayanıb. Lent.az-ın “The Sun” qəzetinə istinadən verdiyi məlumata görə, 44 yaşlı, 3 uşaq atası olan Stiv Nikson motosiklet ilə gedərkən ürək tutması keçirib və qarşıdan gələn avtomobillə toqquşub. Həkimlərin göstərdiyi ilkin tibbi yardım zamanı S. Niksonun ürəyi 5 dəfə dayanıb. Lakin həkimlər elektroşok vasitəsi ilə onu həyata qaytarıblar.

Daha sonra S. Nikson vertolyotla Koventri şəhərindəki xəstəxanaya aparılıb. Xəstəxanada onun ürəyi daha 23 dəfə dayanıb. Həkim mütəxəssislər xəstəni hər dəfə həyata qaytara biliblər. Hal-hazırda S. Nikson özünə gəlib. O, özünü əvvəlki kimi sağlam hiss edir.
# 748

Oxşar yazılar