1489
10:59
25 Avqust 2020

Bu ali məktəbə tələbə qəbulu başladı

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə beynəlxalq ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə qəbula start verilir.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, qəbul 4 ixtisas üzrə həyata keçirilir. Bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək.

Sözügedən ikili diplom proqramı çərçivəsində təhsil almaq istəyənlər sentyabrın 2-dək müraciət etməlidirlər.