1016
08:21
24 Avqust 2020

Peruda polisin gecə klubuna basqın etməsi nəticəsində 13 nəfər həlak olub

Peru polisi ölkədə tətbiq edilmiş karantin rejimi çərçivəsində qanunsuz fəaliyyət göstərən “Thomas Restobar” adlı gecə klubuna basqın edib.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, 120 nəfərin toplaşdığı klubda insanlar qaçmaq istəyərkən yaranan sıxlıq nəticəsində 13 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ölənlərin 20-30 yaş arasında olduğu bildirilib. Onlardan 11-i kişi, 2-si qadın olub.

Azı 23 nəfər polis tərəfindən saxlanılıb, klub sahibi həbs edilib.

Qeyd edək ki, Peruda ümumilikdə 585 236 koronavirus hadisəsi qeydə alınıb, ölənlərin sayı 27 453 nəfərə çatıb.

Dİgər xəbərlər