3139
16:49
23 Avqust 2020

Ermənistanın daha bir təxribatının qarşısı alındı - FOTO

Rusiyada keçirilən “Ordu Oyunları 2020” çərçivəsində Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısı alınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Alabino poliqonunda keçirlən Tank biatlonu oyunu çərçivəsində Dostluq Evində keçirlən sərgidə Ermənistan stendində Azərbaycanın qədim musiqi alətləri olan saz və tarı özünüki kimi təqdim etməyə cəhd edib.

Azərbaycan Müdafiə Nazirliyinin gördüyü tədirlər nəticəsində Ermənistan tərəfi stenddən Azərbaycan musiqi alətlərini yığışdırmağa məcbur olub.

Bundan başqa, Ermənistan stendində faşist Qaragin Njdenin fotosu nümayiş olunur.

Qeyd edək ki, Moskva vilayətinin Alabino poliqonunda Beynəlxalq Ordu Oyunlarının açılışı olub. Sentyabrın 5-nə kimi davam edəcək oyunlarda Azərbaycan tankçıları da iştirak edir .