Azərbaycanda qadınların törətdiyi cinayətlərin statistikası AÇIQLANDI
21 avqust 2020 12:42 (UTC +04:00)

Azərbaycanda qadınların törətdiyi cinayətlərin statistikası AÇIQLANDI

2019-2020-ci illər ərzində qadınlar tərəfindən və qadınlara qarşı törədilən cinayətlərin statistikası məlum olub.

APA-nın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır.

“2020-ci ilin birinci yarımilində qadınlar tərəfindən 463, 2019-cu ildə isə 1039 cinayət törədilib. 2020-ci ilin birinci yarımilində qadınlara qarşı 1291, 2019-cu ildə isə 3091 cinayət törədilməsi baş verib”, - Baş Prokurorluqdan bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2125

Oxşar yazılar