2738
15:34
20 Avqust 2020

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqləndi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının yeni strukturu təsdiq edilib.

AMEA-dan Lent.az -a verilən məlumata görə, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov AMEA prezidentinin köməkçisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev Rəyasət Heyəti aparatının yeni yaradılmış Hüquq və kadrlar idarəsinin rəisi vəzifələrinə təyin olunublar. Həmçinin texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev AMEA-nın İnnovasiya Fondunun vakant olan rəhbəri vəzifəsinə ictimai əsaslarla təsdiqlənib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Dİgər xəbərlər