13:44
19 Avqust 2020

Şəkililər başqa rayonda heroinlə tutuldular

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “Mercedes” markalı avtomobil şəhər ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, sürücü, Şəki rayon sakini R.Yəhyayev, sərnişinləri olan qardaşı Q.Yəhyayev və həmyerlisi G.Həsənova Polis Şöbəsinə gətiriliblər.

Şəxsi axtarış zamanı G.Həsənovadan 1 kiloqram 848 qrama yaxın heroin və 67 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Dİgər xəbərlər