13:35
19 Avqust 2020

Kənddə ərlə-arvadı silahla hədələyən tutuldu

Şamaxı rayon Polis Şöbəsinə avqustun 18-də Nağaraxana kəndi ərazisində kənd sakini E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Dİgər xəbərlər