14:32
18 Avqust 2020

“Eurovision”un Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqləndi

“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqlənib.

Lent.az xəbər verir ki, bu dəfə nümayəndə heyəti müsabiqəyə İsa Məlikovun rəhbərliyi altında qatılacaq.

İsa Məlikov daha əvvəl "Eurovision 2009" mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək 3-cü yeri tutan Aysel və Araşın hazırlıq mərhələsində iştirak edib.

O, 2012-ci ildə Danimarkanın “Eurovision” üçün seçim turunun və Qazaxıstanın "Eurovision 2020" uşaq mahnı müsabiqəsinin münsiflər heyətinin də üzvü olub.

İ.Məlikov "Eurovision 2020"də Azərbaycan təmsilçisi Samirə Əfəndini müsabiqəyə hazırlaşdıran komandaya da rəhbərlik edib.

Qeyd edək ki, pandemiya səbəbi ilə təxirə salınan “Eurovision 2020” mahnı müsabiqəsində Azərbaycanı “Kleopatra” mahnısı ilə Samirə Əfəndi təmsil etməli idi.

Təşkilatçıların təxirə saldığı beynəlxalq mahnı müsabiqəsinin gələnilki turunda, yəni “Eurovision 2021” mahnı şousunda Azərbaycanı təmsil etmək üçün Samirə Əfəndi səhnəyə çıxacaq.

Dİgər xəbərlər