Klip çəkilişindən əvvəl koronavirus testinə 100 min dollar xərclədi - VİDEO
18 avqust 2020 12:11 (UTC +04:00)

Klip çəkilişindən əvvəl koronavirus testinə 100 min dollar xərclədi - VİDEO

"Grammy" mükafatına layiq görülən repçi, klip çəkilişindən əvvəl koronaya görə verdikləri testə 100 min dollar xərclədiklərini söyləyib.

Koronavirus epidemiyası, şübhəsiz ki, musiqi sektoruna də təsir etdi. Pandemiya bu sahəyə əlavə xərclər gətirdi.

Lent.az dünya mediasına istinadən məlumat verir ki, amerikalı repçi, müğənni Cardi B ,"WAP" adlı yeni mahnısına klip çəkməzdən əvvəl yaşadığı təcrübələrdən danışıb.

27 yaşındakı məşhur, "Sadəcə test üçün 100 min dollar xərclədik. Klipə çəkilən hər kəsin bir koronavirus testi olmalı idi", - deyib.

Klipdə əsl adı Megan Jovon Ruth Pete olan Megan Thee Stallion, Kylie Jenner və Normani da rol alıb.

Klipdəki pələng və bəbirə toxunan Cardi B, "təhlükəsizlik və pandemiya səbəbiylə onlarla çəkiliş etmədik. Həmin səhnələri sonradan əlavə etdik", - deyib. 

Avqustun əvvəlində yayımlanan klipə 90 milyondan çox baxılıb.

# 3046
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar