10:06
18 Avqust 2020

Qaydaları pozan velosipedçilər cərimələndi

Mingəçevir şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları qaydaları pozan velosipedçilərə qarşı reyd keçirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, avtomobil yollarında hərəkət edərək həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb, velosipedi digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etmələrinin vacibliyi izah olunub.

Reyd zamanı qaydaları pozan 15 velosipedçi barəsində inzibati tədbir görülüb.

Dİgər xəbərlər