08:21
18 Avqust 2020

Tramp: “Dünya liderləri mənə deyir ki, Ərdoğana zəng et, o, yalnız səni dinləyir”

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi dünya liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istədiklərini bəyan edib.

APA xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsi zamanı açıqlamasında bildirib.

ABŞ lideri qeyd edib ki, keçən həftə ölkə başçıları mənə müraciət etdilər: “Dedilər ki, Ərdoğana zəng vura bilərsənmi? Dedim ki, Türkiyə prezidentinə niyə məhz mən zəng etməliyəm. Dedilər ki, o, yalnız sizi dinləyəcək - bizi dinləmir”.

Tramp adlarını açıqlamadığı liderlərə xitabən əlavə edib ki, “Sizcə bu, ABŞ-a görədir? Xeyr, bunun səbəbi özünüzdədir…”.

Dİgər xəbərlər