1483
15:04
17 Avqust 2020

Azərbaycanda bu il baş verən zəlzələlərin sayı AÇIQLANDI

Bu il Azərbaycanda nə qədər zəlzələ olduğu açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az -a verilən məlumata görə, ilin ötən müddətində 5303 (uzaq, regional və Azərbaycan) zəlzələ qeydə alınıb.

Həmin zəlzələdən 2029-u yerli, 2134-ü isə regional zəlzələlər olub. 1140 isə uzaq zəlzələlərdir.

Qeyd olunub ki, ilin birinci yarısında Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3-dən yuxarı olan (ml>3) 47 zəlzələ qeydə alınıb ki, onlardan da 11-i hiss edilən zəlzələlərdir.

Bildirildiyinə görə, Azəbaycan seysimik bölgə olduğundan həm şimalda, şimal-qərbdə, Xəzər dənizində və cənubda aktiv yerlər var. Həmin ərazilərdə davamlı proseslər gedir. Zəif təkanlar qeydə alınır və bununla da enerji boşalması baş verir.