14:59
17 Avqust 2020

Ermənistanda koronavirusdan 6 nəfər də öldü

Ermənistanda son sutka ərzində 38 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 41 701 nəfərə çatıb.

Ermənistanda son sutkada daha 6 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 824 nəfərə çatıb.

Ölkədə indiyədək koronavirusdan sağalanların sayı 34 655 nəfərdir.

Dİgər xəbərlər