1803
01:53
17 Avqust 2020

İmişli sakini həmkəndlisini qətlə yetirdi

İmişli rayonunda qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Buludlu kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Əliyev Malik Fəramiz oğlu həmkəndlisi, 1986-cı il təvəllüdlü Məmmədov Abbas Elbrus oğlu tərəfindən bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Dİgər xəbərlər