06:18
16 Avqust 2020

Mərakeşdə son sutkada rekord sayda yoluxma hadisəsi

Mərakeşdə son sutka ərzində rekord sayda - 1776 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 41 017-yə çatıb.

Qeyd edək ki, krallıqda ilk yoluxma hadisəsi martın 2-də qeydə alınıb. Hazırda ölkədə 632 nəfər yeni virus infeksiyasından ölüb, 28566 xəstə isə sağalıb.

Dİgər xəbərlər