Rusiyada 4 mədənçi həlak oldu
15 avqust 2020 22:42 (UTC +04:00)

Rusiyada 4 mədənçi həlak oldu

Rusiyanın Vorkuta şəhərində (Komi Respublikası) yerləşən mədəndə baş verən dağıntı nəticəsində 4 mədənçi həlak olub.

APA TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Komi Respublikası üzrə İdarəsi qəza barədə məlumatı təsdiqləyib.

Bildirilib ki, mədəndə kömür daşınması üçün konveyer kəmərinin keçdiyi zolaq çöküb və nəticədə 4 nəfər həlak olub. 

Xilasetmə bölmələri hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, digər mədən işçiləri xəsarət almayıb.

# 2608
avatar

Oxşar yazılar