
Azərbaycanda növbəti AİLƏ FACİƏSİ: ər arvadını...

Avqustun 14-də saat 12 radələrində Abşeron rayonu ərazisində 1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla hadisənin zərərçəkmişin əri 1967-ci il təvəllüdlü İlqar Vəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
İlqar Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Oxşar yazılar

İki yaşlı körpənin üstünə qaynar su dağıldı
17 yanvar 2021 , 21:12
FHN Hirkan Milli Parkındakı yanğınla bağlı MƏLUMAT YAYDI-VİDEO
17 yanvar 2021 , 17:56
Azərbaycanda DƏHŞƏT: ər arvadını oteldə...
17 yanvar 2021 , 10:02
Azyaşlı qız dəm qazından boğuldu
16 yanvar 2021 , 21:39
“Mercedes” “VAZ”la toqquşdu: ölən var
16 yanvar 2021 , 19:11
Hirkan Milli Parkında yanğın bir istiqamətdə söndürülüb - VİDEO
16 yanvar 2021 , 18:08
Qanunsuz sərnişin daşıyan sürücü HƏBS OLUNDU
16 yanvar 2021 , 17:44
40 yaşlı qadın su kanalında batdl
16 yanvar 2021 , 14:42