769
11:17
15 Avqust 2020

Çimərliklərdə o qədər də sıxlıq müşahidə edilmir - Qərargah

“Keçən həftə və bu həftə aparılan monitorinq onu deməyə əsas verir ki, çimərliklərdə o qədər də sıxlıq müşahidə edilmir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ötən həftə sonu bir az sıxlıq müşahidə edilib: “Amma bunun aradan qaldırılması təmin olunub. Çimərlik.az portalına müraciət edən vətəndaşların sayı artmaqdadır. 40 minə yaxın vətəndaş artıq müraciət edib”.