1612
11:47
14 Avqust 2020

Yolda velosiped sürənlər cərimələndi

Şabran rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reydlər keçirib.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, keçirilən reydlər zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Günün gündüz və gecə saatlarında keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 9 velosipedçi barəsində cərimə protokolu tərtib olunub.