
Bakıda bıçaqlanan yaşlı kişi xəstəxanada öldü

Avqustun 12-də 68 yaşlı Hüseyn Məmmədova Binəqədi rayonu ərazisində naməlum şəxs (şəxslər) tərəfindən bıçaqla xəsarət yetirilməsi və aldığı xəsarətdən avqustun 13-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Hazırda prokurorluq və polis əməkdaşları cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirir.

Oxşar yazılar

Bakıda sürücü iki avtomobilin arasında qaldı - FOTO
22 yanvar 2021 , 04:36
Yol buz bağladı, 11 avtomobil toqquşdu - Bakıda qəza - FOTO
22 yanvar 2021 , 01:58
Bakıda koronavirus xəstəsi itkin düşdü - FOTO
22 yanvar 2021 , 00:13
Abşeronda avtoqəza: 4 nəfər xəsarət aldı - FOTO
21 yanvar 2021 , 22:38
Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26