Azərbaycanda bədbəxt hadisə: 8 yaşlı uşaq ozünü...
13 avqust 2020 17:20 (UTC +04:00)

Azərbaycanda bədbəxt hadisə: 8 yaşlı uşaq ozünü...

Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Tərtər rayon sakini, 8 yaşlı Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

Azyaşlı dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.

# 3775
avatar

Oxşar yazılar