Koronavirusa qarşı peyvəndin istifadə vaxtı AÇIQLANDI
13 avqust 2020 13:09 (UTC +04:00)

Koronavirusa qarşı peyvəndin istifadə vaxtı AÇIQLANDI

Rusiya Səhiyyə Nazirliyi təsdiqlənmiş koronavirus peyvəndinin ilk hissəsinin 2 həftə ərzində istifadəyə veriləcəyini açıqlayıb.

Lent.az dünya mətbuatına istinadən xəbər verir ki,  ölkənin səhiyyə naziri Mixail Muraşko “Sputnik-V” adlı peyvəndi Hamalei Elmi Tədqiqat Mərkəzinin hazırladığını və “AFK Sistema” şirkətinin “Binnopharm” dərman fabrikində kütləvi istehsalına başlanıldığını bildirib.

Dərmanın istehsalının ilk 12 ayda 500 milyon dozaya çatacağı gözlənilir.

Peyvənd əvvəlcə yüksək risk qrupundakı vətəndaşlara tətbiq olunacaq.

 

 

 

# 4552
avatar

Aygün İbrahimli

Oxşar yazılar