Əqli qüsurlu qadının qohumları tapıldı  - YENİLƏNİB
12 avqust 2020 12:45 (UTC +04:00)

Əqli qüsurlu qadının qohumları tapıldı - YENİLƏNİB

Balakən rayonu ərazisində tapılan əqli qüsurlu qadının şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun Zaqatala rayonu Uzun Tala kənd sakini, 58 yaşlı Cəmilə Xaşayeva olduğu məlum olub.

Polis əməkdaşları həmin şəxsin qohumları ilə əlaqə saxlayaq, qadını onlara təhvil veriblər.

***

11 avqust saat 18:12

Balakəndə əqli qüsuru olan qadın tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə qalan bir qadını görərək, ona yaxınlaşıblar. İtkin düşdüyü ehtimal edildiyi üçün o, Polis Şöbəsinə gətirilib. Üzərində heç bir sənəd olmadığından şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Əqli qüsurlu qadın 50-60 yaş aralığındadır.

Qadını tanıyanlardan, eləcə də onun yaxınlarını tanıyanlardan DİN-in “102” Zəng Mərkəzinə və Balakən rayon Polis Şöbəsinin (024)-295-10-37 şəhər və (055 ) 280-11-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

# 3544
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar