
Qubada dağlıq ərazi yandı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Qubada dağlıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Quba rayonu, Dəvədabanı yaşayış massivində 30 hektar biçilmiş taxıl sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.
Yanğın qısa müddətdə söndürülüb.
***
13:42
Avqust ayının 10-da səhər saatlarında Quba rayon Polis Şöbəsinə rayonun Dəvədabanı yaşayış massivi ətrafında olan dağlıq ərazilərdə yanğın baş verməsi barədə məlumatlar daxil olub.
DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında FHN-nin əməkdaşları ilə birlikdə fəal iştirak ediblər.
Əsasən fiziki qüvvə ilə yanğınları tez bir zamanda ram etməyə müvəffəq olan rayon Polis Şöbəsininvə FHN-nin əməkdaşları, hadisənin baş verdiyi ərazilərdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirərək, alovların miqyasının böyüməsinin qarşısını vaxtında alıblar.
Yanğının baş vermə səbəbləri araşdırılır.

Lamiyə Məmmədova
Oxşar yazılar

İki yaşlı körpənin üstünə qaynar su dağıldı
17 yanvar 2021 , 21:12
FHN Hirkan Milli Parkındakı yanğınla bağlı MƏLUMAT YAYDI-VİDEO
17 yanvar 2021 , 17:56
Azərbaycanda DƏHŞƏT: ər arvadını oteldə...
17 yanvar 2021 , 10:02
Azyaşlı qız dəm qazından boğuldu
16 yanvar 2021 , 21:39
“Mercedes” “VAZ”la toqquşdu: ölən var
16 yanvar 2021 , 19:11
Hirkan Milli Parkında yanğın bir istiqamətdə söndürülüb - VİDEO
16 yanvar 2021 , 18:08
Qanunsuz sərnişin daşıyan sürücü HƏBS OLUNDU
16 yanvar 2021 , 17:44
40 yaşlı qadın su kanalında batdl
16 yanvar 2021 , 14:42