Bloklanmış kartlardakı pullar hara xərclənəcək? - RƏSMİ CAVAB
08 avqust 2020 12:16 (UTC +04:00)

Bloklanmış kartlardakı pullar hara xərclənəcək? - RƏSMİ CAVAB

“190 manatla, xüsusi olaraq, bloklanmış kartlarla bağlı məsələyə cəmiyyət kimi baxmalıyıq”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov  deyib.

O bildirib ki, pandemiya dövründə ən ehtiyaclı insanlara yardım etmək nəzərdə tutulub: “Müəyyən seçimlərdən sonra 600 min nəfərə bu ödənişin verilməsi qərara alındı. Biz ehtimal edirdik ki, bu insanlara 190 manat o qədər vacibdir ki, onlar həmin dəqiqə o pulu çıxarıb istifadə edəcək. Ancaq bloklanmış kartlardan heç bir manat da xərclənməyib. Söhbət ondan getmir ki, biz mütləq hamıya pul paylamalıyıq. Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq. Həkimlərin maaşına, daha çox tibbi texnikanın alınmasına və s.”

# 2380
avatar

Oxşar yazılar