"Tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək" - Şahmar Mövsümov
08 avqust 2020 11:54 (UTC +04:00)

"Tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək" - Şahmar Mövsümov

“İki həftədir, tədrislə bağlı məsələ müzakirə edilir. Bütün dünya ölkələrinin təcrübəsi öyrənilir”.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, problem odur ki, vəziyyət çox dinamikdir: “Bu gün əlimizdə olan rəqəmlər əsasında hansısa qərar qəbul etsək, iki həftə sonra bu rəqəmlər dəyişə bilər. Növbəti brifinq tədris məsələlərinə həsr olunacaq. Bu zaman tədrislə bağlı bütün suallara aydınlıq gətiriləcək”.

# 1792
avatar

Oxşar yazılar