Sumqayıtdakı yanğında yaralananlardan birinin vəziyyəti ağırdır - TƏBİB
07 avqust 2020 13:11 (UTC +04:00)

Sumqayıtdakı yanğında yaralananlardan birinin vəziyyəti ağırdır - TƏBİB

“Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”.

Qeyd edək ki, bu gün SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

# 1861
avatar

Oxşar yazılar