“Barselona” Türkiyə millisinin üzvünə yüksək məbləğ təklif etdi
07 avqust 2020 11:34 (UTC +04:00)

“Barselona” Türkiyə millisinin üzvünə yüksək məbləğ təklif etdi

İspaniyanın “Barselona” klubu türkiyəli futbolçu transfer etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi İngiltərə “Lester”ində çıxış edən müdafiəçi Çağlar Söyüncünün keçidində maraqlıdır.

Kataloniya klubu 24 yaşlı futbolçu üçün 40 milyon avro ödəmək niyyətindədir. “Barselona” Türkiyə millisinin futbolçusu ilə bağlı “tülkülər”ə rəsmi təklif də göndərib. Klublar arasında razılıq əldə olunsa, Söyüncünün “Barselona” ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki,  müdafiəçi 2019/20 mövsümündə “Lester”də ümumilikdə 42 oyun keçirib və 1 qol vurub.

# 3628
avatar

Oxşar yazılar