09:37
07 Avqust 2020

Bu ölkədə koronavirusa yoluxanların sayı 2 milyonu ötdü

Hindistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 538 yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistanda indiyədək COVID-19-a yoluxanların sayı 2 027 074 nəfərə çatıb.

Son 24 saat ərzində koronavirusdan 886 nəfər vəfat edib. Hindistanda virusdan ölənlərin sayı 41 585 nəfərdir.

Dİgər xəbərlər