Dövlət büdcəsinə dəyişikliklər ikinci oxunuşda qəbul edildi
06 avqust 2020 14:04 (UTC +04:00)

Dövlət büdcəsinə dəyişikliklər ikinci oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında 6 qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

APA-nın məlumatına görə, qanun layihələrinə 2020-ci il dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, müvafiq dəyişiklik təklif edilir.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə  qanun layihəsi, “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunaraq qəbul edilib.

# 1681
avatar

Oxşar yazılar