Keçmiş ərinin təhdid etdiyi qadın kömək istədi: “Ölmək istəmirəm..."
07 avqust 2020 19:46 (UTC +04:00)

Keçmiş ərinin təhdid etdiyi qadın kömək istədi: “Ölmək istəmirəm..."

İstanbulda iki uşaq anası olan Seyhan Önem, 2007-ci ildə evləndiyi Zafer Erkanın davamlı şiddətə məruz qaldığı səbəbiylə 2018-ci ildə boşanıb. Ancaq iddia olunur ki, keçmiş həyat yoldaşının təhdidləri davam edib. Seyhan sosial media hesabında paylaşdığı "Ölmək istəmirəm, bəlkə bunlar son yazılarımdır" sözlərini yazaraq kömək istəyib.

O, “Twitter”də “Bir aydır evdən çıxa bilməirəm, çünki ölməkdən qorxuram. Həyat təhlükəsizliyim yoxdur. Mənə dedi ki, səni döyəcəm və öldürəcəm” sözlərini də əlavə edib.

Lent.az Türkiyə mediyasına istinadən məlumat verir ki, şiddətə məruz qalan Seyhan Önem açıqlamasında bunları da deyib:

“İllərdir uşaqlarım üçün bu insanın etdiyi zorakılıqlara görə susuram. 2018-ci ildə boşandım. Boşandıqdan sonra daim mənə psixoloji zorakılıq göstərdi. İyulun 1-də məni yanına çağırıb dedi: “Gəlib səni evdən götürəcəm, evə zorla girəcəyəm. Səni götürüb əcəlinə aparacağam". Dərhal polisə zəng etdim, şikayət etmək üçün polis qrupu ilə polis bölməsinə getdim və uzaqlaşdırma qərarı aldırdım. O vaxtdan bəri evdə həbsxana həyatı yaşayıram. Şikayət etdikdən bir gün sonra qonşuların zənglərini çaldı və binanın qapısını açıb hədələdi“.

Önəm onu da bildirib ki, keçmiş həyat yoldaşı uzaqlaşdırılma qərarı alsa da, binanın qarşısından əl çəkmir:

“Sosial mediada onunla dostluq təklifini qəbul etməyimi və paylaşdıqlarımı görmək istədiyini söylədi. Rədd etdiyimdə təhqir etdi və hədələdi. Telefonda onun əlaqə nömrəsini bloklayanda isə bacımın telefonuna silahın fotosunu göndərdi və təhdid mesajları yazdı. Bacım və mən ikimiz şikayət etdik. Yaşadıqlarımı “Twitter”də paylaşdığım zaman sürətlə yayıldı və onu  ifadə verməyə çağırdılar. Amma ifadəsi alındıqdan sonra sərbəst buraxıldı. Mən və ailəm həyatımızdan narahatıq. Qorxudan evdə həbs həyatı yaşayıram. Hakimiyyətə səslənirəm, bizi qoruyun".

 

# 3994
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar