Qadın aldığı güllə yarasından öldü
06 avqust 2020 04:07 (UTC +04:00)

Qadın aldığı güllə yarasından öldü

Goranboyda 37 yaşlı qadın öldürülüb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran Dəmiryolu stansiyasının yaxınlığında baş verib. 

1983-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Gülbuta İmanova sinəsindən aldığı güllə yarasından keçinib. 

İlkin məlumata görə, hadisə ailənin keçmiş yaxın dostlarından biri tərəfindən törədilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

# 1945
avatar

Oxşar yazılar