1042
04:14
06 Avqust 2020

Dünyada son sutkada koronavirusdan 5116 nəfər ölüb


Dünyada son sutka ərzində 206 709 koronavirusa yoluxma qeydə alınıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edilib ki, son 24 saat ərzində dünyada COVİD-19-dan 5116 xəstə dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, dünya üzrə ümumilikdə 18 354 342 nəfər koronavirusa yoluxub, 696 147 nəfər ölüb.

Dİgər xəbərlər